Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müharibəni kim aparacaq? - Serj Sarkisyanın səlahiyyətləri alınır



Ermənistanın hakim Respublika Partiyası aprelin 17-də keçiriləcək baş nazir vəzifəsinə səlahiyyətləri başa çatmaqda olan prezident Serj Sarkisyanın namizədliyini irəli sürəcək. Bu barədə Ermənistanın diaspor naziri Hranuş Akopyan açıqlama verib: “Onun namizədliyi irəli sürüləcək və seçiləcək”-deyə Akopyan bildirib. Ancaq seçkilərdən sonra Ermənistan silahlı qüvvələrinin ali baş komandanının kim olacağı ilə bağlı mübahisəli vəziyyət yaranıb. Belə ki, Ermənistan parlamentli üsul-idarəetmə sisteminə keçdikdən sonra prezident yeni konstitusiya ilə ali baş komandan səlahiyyətlərindən məhrum olacaq.

Konstitusiyada isə yeni ali baş komandan səlahiyyətlərinin kimin daşıyacağına tam aydınlıq gətirilməyib. Ona görə də bu məsələ mübahisə predmetinə çevrilib.Xatırladaq ki, hazırda bütün silahlı qüvvələr birbaşa prezidentə tabedir.Ermənistanda yeni seçilən prezident isə məhdud səlahiyyətlərə malik olduğundan silahlı qüvvələrə nəzarət funksiyası ondan alınıb.

Ermənistanın yeni konstitusiyasına görə, müharibə şəraitində ali silahlı qüvvələrin baş komandanı baş nazir hesab olunur. Yəni Ermənistan dövlət səviyyəsində müharibə elan edərsə, ali baş komandan vəzifəsi ali icra hakimiyyətinin rəhbəri kimi baş nazirə keçir. Hökumət müharibə, hərbi vəziyyət, səfərbərlik elan etmək, silahlı qüvvələrin fəaliyyət planını hazırlamaq, başçısı eyni zamanda, müharibə elan edə, sülh müqaviləsi imzalaya bilər.Sülh şəraitində silahlı qüvvələrin vəziyyəti ilə bağlı qərarı Milli Məclis və ya hökumət qəbul etməlidir.

Lakin “Müdafiə Haqqında Qanun”a görə, qeyri-müharibə şəraitində baş nazir hazırkı prezidentin malik olduğu səlahiyyətlərə sahib olmayacaq.Qeyri-müharibə şəraitində silahlı qüvvələrin baş qərargah rəisi baş nazirə deyil, müdafiə nazirinin əmrinə tabe olacaq.

Qeyd edək ki, Ermənistan mediası Serj Sarkisyanın baş nazir postuna gətirilməsində əsas məqsədlərdən birinin məhz onun ali baş komandan səlahiyyətini təmin etməkdən ibarət olduğunu yazırdı. Hətta bununla bağlı S.Sarkisyan və hazırkı baş nazir Karen Karapetyan arasında razılaşma əldə edildiyi bildirilir.Serj Sarkisyan hökumət rəhbəri seçiləcəyi təqdirdə, Karapetyanı baş nazirin birinci müavini təyin etməyə söz verib.Sarkisyan baş nazir kimi silahlı qüvvələrə komandanlıq etmək, Dağlıq Qarabağ danışıqlarını ən yüksək statusda aparmaq, baş nazirin müavinlərini, təhlükəzilik xidmətinin rəisini və müdafiə nazirini təyin etmək hüququna malik olacaq. Buna baxmayaraq, rəsmi səviyyədə müharibə elan olunmadığından Serj Sarkisyan baş nazir kimi ali baş komandan vəzifəsini daşımayacaq. Lakin hazırkı situasiya tam sülh şəraiti də deyil.Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdiyindən müharibə şəraiti də qalmaqdadır.Ona görə də Ermənistan hökuməti ya ölkədə rəsmən müharibə vəziyyəti, ya da tam sülh elan etməlidir.Birinci halda Ermənistan Azərbaycanla sülh danışıqlarını dayandırmaq məcburiyyətində qala bilər ki, bu zaman beynəlxalq təzyiqlərlə üzləşə bilər.Eyni zamanda, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququndan istifadə edə bilər.İkinci mənada isə Ermənistan müharibə vəziyyətindən çıxdığını və Azərbaycanla tam sülh şəraitində yaşadığını göstərmək üçün sülh müqaviləsinə imza atmalıdır. Bu da yalnız Azərbaycan ərazilərindən qoşunların çıxarılması şəraitində mümkün ola bilər.

Mövcud vəziyyətin təhlili yaxın perspektivdə Sarkisyanın ali baş komandan səlahiyyətlərini genişləndirmək üçün Ermənistan qanunvericiliyinə əlavə və dəyişikliklər təşəbbüsü ilə çıxış edəcəyini də istisna etmir.

Hazırkı konstitusiyaya əsasən Ermənistan silahlı qüvvələrinin idarə edilməsinin yeni strukturu baş nazir-təhlükəsizlik, Ağsaqqallar Şurası-hökumət-müdafiə, nazir-baş qərargah rəisi şəklini alır.Serj Sarkisyanın baş nazir seçilməsi ilə hakimiyyət bir əldən başqasına ötürülsə də o, yeni statusunda silahlı qüvvələrə hərtərəfli qaydada nəzarət etmək imkanlarını itirəcək.Ekspertlərin fikrincə, yaranmış paradoks Ermənistan konstitusiyasında və qanunvericiliyindəki boşluqlarla bağlıdır.Ona görə də çox keçmədən ölkə rəhbərliyində silahlı qüvvələrə nəzarətlə bağlı mübahisəli vəziyyət yaranacaq.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений