Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş müsabiqə keçiriləcək



Görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçiriləcək.

Cebhe.info xəbər verir ki, noyabr-dekabr aylarında reallaşacaq festival Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. 

Müsabiqənin əsas məqsədi respublikamızda vokal və estrada sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyələrinin yüksəldilməsi  və dəstəklənməsidir. 

Vokal  və estrada mahnıarının ifası üzrə keçirilən müsabiqədə Bakıda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər. Müsabiqə 1 turdan ibarət olaraq, 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir. 

İştirakçıların çıxış proqramı və sənədlər 05 dekabr tarixindən gec olmayaraq Bakı şəhəri, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinə göndərilməlidir. (AZ1147, Bakı şəhəri, 9 mikrorayon Mir Cəlal küçəsi 105H. Telefon: 560-05-40, e-mail: [email protected])

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений