Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müxalifət kartlarını sona qədər açmır



Türkiyənin Səadət, CHP və İYİ partiyaları növbədənkənar prezident seçkilərində vahid namizəd məsələsini müzakirə edirlər. Bəzi məlumatlara görə vahid namizəd kənar siyasi düşərgənin nümayəndəsi ola bilər. Daha konkret desək, AKP üzvü, eks prezident Abdulla Gülün adı çəkilir. Digər ehtimallara görə isə, əgər Abdulla Gül olmasa, müxalifətin prezidentliyə vahid namizədi ya CHP sədri Kamal Kılıçdaroğlu, yaxud İYİ partiyanın sədri Meral Akşener ola bilər.

Meral Akşenerin CHP-nin də prezidentliyə namizədi olacağı günün mövzusudur. Müzakirələrlə bağlı CHP-nin parlamentdəki qrup başqanı Özgür Özel açıqlamasında deyib ki, Meral Akşenerin ortaq namizəd olması müzakirə mövzusu deyil:

"Elə bir şey yoxdur. Biz sadəcə, Akşenerin seçkiyə getməsinə qarşı planı əngəllədik.CHP prezidentliyə öz namizədini çıxaracaq".

Partiya lideri Kılıçdaroğlunun ən güclü namizəd olduğunu deyən Özgür Özel bildirib ki, əgər seçkidə ikinci tur söhbəti çıxarsa, bütün tərəflərin səsini ala biləcək namizəd üzərində axtarış aparırlar: 

"Kamal bəy hələlik bu istiqamətdə hərəkət edir".

Maraqlıdır, bu namizədlərdən hansının vahid namizəd ola bilmə şansı daha yüksəkdir?

REAL Partiyasının katibi Azər Qasımlı “Cümhuriyət” qəzetinə bildirib ki, hər üç partiyanın Kamal Kılıçdaroğlunu və ya Abdulla Gülü dəstəkləmə ehtimalı daha yüksəkdir:

“Qənaətimcə, CHP ilə İYİ partiyanın namizədləri arasında vahid namizəd kimi Kamal Kılıçdaroğlunun şansı daha çoxdur. Səadət Partiyasının ona səs verəcəyi ehtimalı daha yüksəkdir, nəinki Meral Akşenerə.Çünki Meral Akşener MHP-dən ayrılıb və millətçi qüvvələri təmsil edir.Bu isə onu vahid namizəd olmaqdan bir az çəkindirə bilər”.

Politoloq onu da qeyd edib ki, Abdullah Gülün vahid namizəd olması variantlardan biri kimi səslənir:

“Hazırda danışıqların hansı səviyyədə olmasını demək çətindir. Ola bilər ki, partiyalar vahid yox, bir neçə namizədlə prezident seçkisinə qatılalar.Hesab edirəm ki, növbəti həftə ərzində partiyalar vahid namizədləmi, yaxud da hər kəs ayrı-ayrılıqda seçkilərə gedib-getməyəcəkləri barədə qərarlarını elan edəcəklər.Bir qədər gözləmək lazımdır.Amma vahid namizəd olmaq məsələsində Kamal Kılıçdaroğlunun şansını daha çox qiymətləndirirəm”.

Yeganə

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений