Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müxalifət lideri azad edildi və...birbaşa mitinqə getdi - İRƏVAN BU GÜN



Ermənistanda müxalifətin askiyasına liderlik edən deputat Nikol Paşinyan azad edilib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, bəzi məlumatlara görə, onunla bərabər saxlanma təcridxanasından deputat Ararat Mirzoyan da buraxılıb.

Artıq Paşinyan mitinq keçirilən əraziyə gedib. O, jurnalistlərə açıqlamasında bildirib ki, hakimiyyətdən bütün saxlanan müxalifətçilərin azad edilməsini tələb edəcək: "Mən saxlanan bütün müxalifətçilərə azadlıq tələb edirəm. Qalan sözlərimi isə bugünkü mitinqdə deyəcəyəm".

Qeyd edək ki, ötən şənbədən başlayan aksiyalar getdikcə vüsət alır və İrəvanla yanaşı digər şəhərləri də əhatə edir. Artıq aksiyalara hərbçilər də qoşulub.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений