Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Müxalifət seçkinin nəticəsini tanımır: Yeni prezident isə təbrikləri qəbul edir - NƏ OLACAQ?



Qırğızıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, baş nazir Sooronbay Jeenbekov qalib gəlib. Hakimiyyətin namizədi 55 faizə yaxın və ya 1 milyon 557 225 nəfər seçicinin səsini qazana bilib. Müxalifətin namizədi, sabiq baş nazir Omubek Babanov isə 33 faiz səslə yerdə qərarlaşıb. 

Artıq Sooranbay Jeenbekova Qırğızıstanın prezidenti seçilməsi münasibəti ilə təbriklər gəlməyə başlayıb. İlk olaraq, Qazaxıstan parlamentinin spikeri Kasım Jomart Tokayev özünün “Twitter” səhifəsində görkəmli siyasətçi Jeenbekovun qələbə çalmasını müsbət hadisə adlandırıb. Spikerin bu addımı Qırğızıstanla Qazaxıstan arasında son vaxtlar pisləşmiş münasibətləri yenidən məcraya salmağa hesablanmış siyasi mesaj kimi qiymətləndirilə bilər. Səsvermənin ilkin yekunları açıqlandıqdan dərhal sonra Rusiya prezidenti Vladimir Putin də S.Jeenbekovu təbrik edib. 

Ancaq digər namizədlər yeni prezidentin legitimliyini şübhə altına aldığından Qırğızıstanda seçkisonrası vəziyyətin normal olduğunu söyləmək mümkün deyil. Belə ki, namizədlər seçkinin nəticələrini tanımadıqlarını bəyan edib. 

“Azadlıq” radiosunun Bişkek bürosunun verdiyi məlumata görə, “Respublika” partiyasının lideri Omurbek Babanov seçiciləri təxribatlara uymamağa və birliyi qoruyub saxlamağa çağırıb. Rusiyanın “Gazeta.ru” xəbər saytı isə O.Babanovun seçkilərin nəticələrini tanıdığını yazıb: “Seçki keçirilib, nəticələr var. Xalq öz sözünü deyib. Biz pozuntu faktlarını toplayırıq. İstənilən halda, bir aydan sonra prezident olacaq şəxs məsuliyyət daşıyır. Xalqın birləşməsi vacibdir. Bizə sabitlik lazımdır”. 

Omurbek Babanov qeyd edib ki, seçkilərin nəticələri xalqın seçimini əks etdirir. Onun sözlərinə görə, bütün namizədlərə şərait yaradılmasa da seçki prosesi rəqabət şəraitində keçib. Başqa bir namizəd, sabiq baş nazir, “Ak-Şumkar” Partiyasının lideri Temir Sariyev Seçki Məcəlləsində əsaslı dəyişiklik edilməsinin vacibliyini qeyd edib. Sariyev seçicilərin 3 faizinin səsini toplayıb. Səsvermənin nəticələrinə görə üçüncü yeri tutan Adaxan Madumarov seçki prosesində ciddi qanun pozuntularının olduğunu bildirib. O, seçkilərin nəticəsini tanımadığını deyib. Müxalifət lideri onu da deyib ki, qanun pozuntuları əsasən inzibati resurslardan istifadə edilməsində, hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərin göstərilməsində qeydə alınıb: 

“Məni 600 mindən artıq insan dəstəkləyib. Onlar icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının təzyiqlərindən çəkinmədən öz sözlərini deyirdilər. Bu ölkədə böyük dəyişiklik və yenilik idi. Ölkəmizdə mütləq dəyişiklik baş verəcək. Əziz xalqım, müxtəlif söz-söhbətlərə, şayiələrə əhəmiyyət verməyin. Mən heç vaxt hakimiyyəti zəbt etməmişəm. Nə indi, nə də gələcəkdə hakimiyyəti zəbt etməyə hazırlaşmıram ”. 

Gələcək fəaliyyətinin nədən ibarət olacağı barədə suala cavabında isə O.Babanov “Onu gələcək göstərər”-cavabını verib. Lakin o bəyan edib ki, baş nazir Sapar İsakovun istefası tələbindən imtina etməyəcək və ölkəni tərk etməyəcək. “Butun Kırqızıstan” Partiyasının sədri Adaxan Madumarov seçkilərin yekununa görə 3-cü yeri tutub. İlkin məlumata əsasən Madumarov seçicilərin 5 faizinin və ya 110 min Qırğızıstan vətəndaşının səsini qazanıb. O, təbliğat-təşviqat kampaniyasına heç bir vəsait xərcləmədiyi üçün heç bir seçki baneri yerləşdirməyib. Madumarovun bölgələrdə seçki qərargahı da açılmayıb. Adaxan Madumarov səslərin oğurlandığını, çoxsaylı pozuntuların olduğunu və bu səbəbdən seçkilərin nəticəsini tanımadığını bəyan edib. 

O, Sooranbek Jeenbekov rejimi ilə mübarizə aparacağını söyləyib. Seçkinin nəticələri barədə açıqlama verən S.Jeenbekov prezident seçməklə xalqın ona böyük məsuliyyət həvalə etdiyini deyib: “Mən bunu hiss edirəm. Xalqın etibarını doğrultmaq üçün əlimdən gələni edəcəm. Son altı ildə biz çox uğurlar qazanmışıq. Bütün sahələrdə inkişafa nail olmuşuq. Mənim vəzifəm bu uğuru saxlamaq, möhkəmləndirməkdən ibarətdir”. 

Müşfiq Abdulla

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений