Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müxalifəti “Məhsul”da “tərksilah edən” Əli Kərimli 



Yaxud bu davranışla mitinqi bir aksiya olaraq necə hörmətsiz etdilər?

Aprelin 14-də Milli Şuranın “Yurd” təşkilatı və Müsavat Partiyası ilə birlikdə ənənəvi müxalifətin birgə mitinqi baş tutdu. “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə baş tutan mitinqdə 1000 nəfərə yaxın insan iştirak etdi. Prezident seçkilərindən əvvəlki mitinqlərlə müqayisədə aksiyaya daha az elektorat qatılmışdı, üstəgəl, mitinqin işıqlandırılmasında da kifayət qədər az KİV nümayəndəsinin iştirakı da diqqət çəkən məqamlardan idi.

Başqa sözlə, Milli Şuranın seçkiləri boykot üçün təşkil etdiyi bütün mitinqlər fiaskoya uğraması ilə yadda qaldı. Əlbəttə, bu ölgün aksiyalar ənənəvi müxalifət təmsilçilərinin bacarıqsızlıqlarının növbəti dəfə üzə çıxması ilə yaddaqalan olmadı, bu, həm də mitinqin bir aksiya kimi cəmiyyətin nəzərində hörmətdən salınması üçün planlı şəkildə atılmış addımlar idi. Ümumiyyətlə, müxalifətin adına mitinqlərin təşkili işinə Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatı qol qoyandan, etiraz mitinqləri müxalifətin ən əsas silahı - hakimiyyətin ən çəkindiyi vasitə kimi sıradan çıxmağa başladı. Daha doğrusu, məqsədli formada sıradan çıxmağa başladılar. “Yurd”la müqayisədə müxalif düşərgənin güclü elektoral bazaya malik olan siyasi partiyalarına mitinq üçün icazə verilməməsini də bura bağlamaq olar.

Müxalifətin “sıradan çıxarılmış silahı”

Zamanında müxalifətin birgə təşkil etdiyi mitinqlər hakimiyyəti yola gətirmək və islahatlara məcbur etmək üçün ən güclü silahı idi. Əli Kərimlinin mitinqləri isə mitinq anlayışını elə bir hala gətirdi ki, artıq nə cəmiyyət, nə də hakimiyyətin özü bunun təsir gücünün olduğuna inanmır. Əli Kərimlinin də mitinqlər üçün asan meydan tapması da buna görədir. Hesab etmək olar ki, hakimiyyətlə işbirliyində olan Əli Kərimli müxalifəti əsas gücündən məhrum edərək, demokratik qüvvələri sonadək tərkisilah etməkdə maraqlıdır. Başqa sözlə, dünyanın bütün demokratik ölkələrində müxalifətin əsas silahı hesab edilən mitiqnlər Azərbaycanda müxalifətin işinə yaramır. Artıq ölkədə mitinqlər erası başa çatır və vəziyyət elə bir yerə gəlib çıxıb ki, cəmiyyət müxalifətin adına təşkil edilən mitinqlərə cizgi film kimi baxır. 

Hesab etmək olar ki, ən az indiki məqamda mitinq hakimiyyətə təsir etmək üçün ən yararsız “silahdır” və bu “silah”ı sıradan çıxaranların kimlikləri məlumdur. Həmin qüvvələr vəziyyəti bu yerə gətirib çıxarmaq üçün əllərindən gələn hər şeyi etdilər.

Məkrli oyunun əlavə edilmiş dəqiqələri
 
11 aprel prezident seçkilərini boykot məqsədilə keçirilmiş mitinqlərdə önə çıxan digər məqam isə Milli Şura və “Yurd”un müxalifətçilik oyunlarını açıq müstəvidə oynamaları ilə bağlıdır. Seçkilərə çox az vaxt qalmış mitinqlərə başlayan və seçkiləri etiraz yolunu tutan siyasi qüvvələrin hər biri ən yaxşı halda, öz şəxsi mənfəətlərinə nail oldular. Elə hesab etmək olar ki, cəmiyyət və ölkənin siyasi cameəsinin mütləq əksəriyyətinin dəstək verməyəcəyi planlı mitinqlər təşkil etmək bu mənəətlərin təmin edilməsinə yönəlmişdi. Artıq seçkilər arxada qalıb və bütün relslər yerinə oturub. Amma Əli Kərimli və bu şəxsin üstün olduğu siyasi qruplaşmalar planlaşdırılmış oyunun əlavə edilmiş dəqiqələrini oynayırlar. Lüzumsuz reydlər və bu “hücumların” ana xəttində yenə də Əli Kərimli və ətrafında olan adamların şəxsi maraqları, qazanacaqları gəlirləri ön plandadır.

Hesab etmək olar ki, hakimiyyətdəki məlum qruplaşma ilə işbirliyində olan Əli Kərimli müxalifətə və cəmiyyətə olan kininin son qusuntusunu ifraz edib uzun müddət “yaşıl meydanlara” qayıtmayacaq.

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений