Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Namazın insan sağlamlığına verdiyi faydalar



Namaz qılmağın, Allaha ibadət etmək üçün ən yaxşı yol olduğunu həm “Quranı-Kərim”də, həm də yer üzünə göndərilmiş elçiləri vasitəsilə bilirik. Məhz, namaz qılmağa, Allaha qulluq etməklə yanaşı, insan bədəni üzərində də müsbət təsirləri var.

Cebhe.info Türkiyə mətbuatına istinadən, namazın insan orqanizminə verdiyi faydaların bəziləri haqqında məlumatı təqdim edir:

Namaz, gündəlik həyatı planlaşdırır. Günü 5 hissəyə ayırır. Gündəlik bir proqram yaradır, insanı zaman məfhumu ilə üz-üzə gətirir və hər günün dolu-dolu yaşanmasına yol açır.
Namaz, təmizliklə başlayır. Çünki, bədənin təmizliyi namaz üçün vacibdir.

Bir insanın imanı barədə "Namazında xahişində bir adam" deyirik. Namaz İslamın simvoludur. Müsəlmanlar namazı Allahın bir əmri olduğu üçün qılırlar. Ancaq Allahın bu əmrini yerinə yetirərkən, fərqində olmadan, onun saysız-hesabsız nemətlərindən də istifadə edirlər. Əslində dinimizin heç bir əmri ağla, məntiqə, elmə və sağlamlığa zidd deyil. Hamısında bir hikmət və xeyir vardır. Namazın bu cür faydaları çoxdur.

Namaz qılmağı həkimlər xəstələrinə oynaq yelinin qarşısını alan ən effektiv qoruyucu vasitə kimi məsləhət verirlər. Namaz qılmaq kürək və qarın əzələlərinə kömək edir. Mədə ətrafı üzərindəki piylərin əridilməsi təmin edilir. Səcdədə baldır və bud əzələləri hərəkətə gəlir. Bağırsaqların hərəkəti bərpa olunub qəbizliyin qarşısını almağa yardım edir.

Namazın bütün hərəkətləri ürəyin işləməsinə təsir edir və qanın bədənin ən ucqar nöqtələrinə getməsini sürətləndirərək, eyni anda sinir hərəkətini təmin edib rahatlaşdırır. Yuxusuzluğu aradan qaldırır. Səcdədə təzə qanla yuyulan beyin itiləşir və namaz qılmaq yaddaş pozuntularına mane olur.

Gündə qırx rükət, səksən səcdə edən orqanizmin ömür boyu bu hərəkəti ağır-ağır etdiyi düşünülsə, bütün orqanizmin tarazlı hərəkətlərə qovuşduğu başa düşülür.

İstanbul Universitetinin Tibb fakültəsində 1980-ci ildə aparılan bir araşdırmaya görə, diz oynağı revmatizması olan və namaz qılan 30 xəstə ilə yenə diz oynağı revmatizması olan və namaz qılmayan 30 xəstə müqayisə edilib. Namaz qılanların şikayət və xəstəlik əlamətləri 50 yaşından sonra ortaya çıxarkən, namaz qılmayanlarda 40 yaşından etibarən özünü büruzə verib.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений