Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Namizədlər üçün pulsuz mətbuat - SİYAHI



Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılan KİV-lərin adları məlum olub.

Bu barədə məlumat Cebhe.info-ya Mərkəzi Seçki Komissiyasınfan verilib. Məlumatda bildirilir ki, prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” ,  ”Xalq” və “Bakinski raboçi” qəzetlərində ödənişsiz yer ayrılacaq. 

Adları çəkilən  qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməlidir. Həmçinin, bu KİV-lər efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Alçina Amilqızı

Cebhe.info
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений