Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Namizədlərin sayı 15-ə çatdı: İCLAS



Mərkəzi Seçki Komisiyyası (MSK) bu gün növbəti iclasını keçirib. İclas Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra gündəliyə daxil olan məsələlərə baxış keçirilib.

Cebhe.info xəbər verir ki, MSK-nın bugünkü iclasında daha 2 nəfərin növbədənkənar prezident seçkilərinə namizədliyi təsdiq olunub. Bunlar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu olub.   Daha sonranamizədliyi təsdiq olunan hər iki şəxsin səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirə olunub.

İclasda həmçinin Seçki Komissiyalarının səsvermənin nəticəsinə dair yekun protokolu hazırlaması qaydasından və sayından danışılıb.

Bununla yanaşı, bir neçə seçki komissiyasının tərkibində dəyişiklik edilib. Belə ki, 51 saylı Qusar, 103 saylı Gədəbəy, 112 saylı Qax və 20 saylı Nərimanov II seçki dariəsində komissiyaların tərkibinə dəyişiklik edilib.

Qeyd edək ki, artıq növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 15 nəfərə çatıb.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений