Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Napoleonun papağı inanılmaz qiymətə satıldı



Napoleonun papağı Fransanın Lion şəhərində keçirilən hərracda 350 min avroya satılıb. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, mütəxəsislər bildirib ki, satılan papağın dərisindəki çatlar onun yaxşı mühafizə olunmadığını göstərir. 

Bu səbəbdən, əvvəlcə papağa 30 min avro qiymət qoyulub. Buna baxmayaraq, papaq hərracda ümid ediləndən daha qiymətə satılıb. Qunduz kürkündən tikilən papaq ik tərəfli istifadə oluna bilər. Ön və arxa tərəfindəki işarələr isə papağın vaxtı ilə dövlət adamının ondan müharibə zamanı istifadə etdiyini göstərir. 

Qeyd edək ki, Fransanın ingilislərə məğlub olduğu Vaterlo döyüşündən qaldığı ehtimal olunan  papaq 200 il sonra tapılıb.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений