Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Natiq Cəfərli: “Ərdoğanın “tək adam" olmaq həvəsi hər şeyi korladı”



“Türkiyədə növbədənkənar seçkilərin təyin olunmasının çox səbəbləri var, amma ən böyük səbəb Suriyada qazanılmış hərbi uğuru siyasi dividentə çevirmək həvəsidir. Bir nəfər üzərində, şəxs üzərində qurulan sistemi daha da möhkəmləndirmək istəyirlər”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyədə keçiriləcək növbədən kənar prezident seçkisinə münasibət bildirərəkən REAL üzvü Natiq Cəfərli deyib.

O qeyd edib ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı həyatının sonunda vitse-prezident olmaq istəyir:

“Şəxsi maraqların, şəxslərin önə çıxdığı sistemlər dayanıqlı deyil, belə sistemlərin ömrü, üzərində qurulduğu şəxsin ömrü qədərdir. Ərdoğan Türkiyə üçün çox böyük işlər gördü, adamın ilk 10 ili ölkə tarixinə qızıl hərflərlə düşəcək, ciddi islahatlar etdi, iqtisadi addımları çox yaxşı idi. Sonra hər şey dəyişdi, “tək adam" olmaq həvəsi hər şeyi korladı. Kim olursa olsun, istəyir lap imam övladı, ən pak adam olsun 10 ildən çox hakimiyyətdə qalmamalıdır. Hakimiyyət insanı korlayır, mütləq hakimiyyət isə insanı məhv edir, paralel olaraq da dövlətin gələcəyi məhv olur”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений