Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Natiq Şirinov haqqında yayılan anlaşılmazlığa aydınlıq gətirdi



Bir neçə gündür mətbuatda əməkdar artist Natiq Şirinov haqqında səhv informasiyalar yayılıb. 

Cebhe.info xəbər verir ki, sənətkarın“ATV maqazin onlarla” verilişində illər əvvəl səhhətində yaranan problemlərdən danışması, bir çox saytlarda yeni məlumat kimi öz əksini tapıb.

Video materialda “Natiq” ritm qrupunun rəhbəri 2004-cü ildə düz 4 dəfə əməliyyat olunmasından söhbət açıb. İfaçı məsələyə saytımız vasitəsilə aydınlıq gətirib.

“Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Biir-birinin ardınca konsertlərimiz olur. Bu yaxınlarda Gürcüstanda “One Caucasus” festifalinda və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. Bir daha söyləyirəm səhhətimdə hər şey qaydasındadır. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var”, -  deyə, ifaçı əlavə edib.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений