Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

NATO ilə Türkiyə arasında düşmənçilik



NATO-nu təlimləri zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilməsi rəsmi Ankara ilə Qərb arasında əriməyə başlayan buzları yenidən dondurdu.  Son dövrlər  baş nazir  Binəli Yıldırımın ABŞ-a səfəri, eyni zamanda  Türkiyənin Fransa və İtaliyadan “SAMP-T" hava hücumundan müdafiə sisteminin alınması və birgə istehsalına dair müqavilənin imzalanması Ərdoğan iqtidarı ilə Qərb arasında ziddiyyətlərin məcraya düşəcəyinə ümid yaratmışdı. Lakin Türkiyənin üzv olduğu hərbi alyansın təlimlərində prezidentin və  dövlətçiliyin əsas rəmzi olan Mustafa Kamal Atatürkün  portretinin təhqir edilməsi  şübhəsiz ki, NATO ilə yanaşı, ABŞ və Avropa Birliyi ilə münasibətlərdəki    gərginliyi bir qədər də artıracaq.

Artıq Türkiyə bu istiqamətdə ilk addımı atıb. Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.

NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib. NATO-nun  baş katibi  Yens Stoltenberqin  və  Müttəfiq Qüvvələr Komandanlığının  Türkiyədən rəsmən üzr istəməsinə baxmayaraq,  narazılıq hərbi-diplomatik münasibətlərin pozulmasına qədər gətirib  çıxara bilər.  Çünki  NATO hərbi komandanlığının xəbəri olmadan həmin protretlərin təlim keçirilən əraziyə yerləşdirilməsi və hədəf seçilməsi inandırıcı görünmür.  Bu səbəbdən də  yaxın vaxtlarda  Türkiyə cəmiyyətində  NATO əleyhinə etirazların baş qaldıracağını  ehtimal etmək olar.  Türkiyə ictimai rəyində  Atatürkçük ideyasına ciddi bağlılıq var və Mustafa Kamal Paşanın  təhqir olunması  Qərbə, o cümlədən NATO-ya qarşı  narazılıq dalğasının başlanması üçün siyasi qığılcım rolu oynaya bilər. Həmçinin R.T.Ərdoğan özünə qarşı  bu sayaq münasibətlərə qisas hissi ilə reaksiya verən bir siyasətçi kimi tanınır. Ona görə də Türkiyənin NATO strukturlarında mərkəzi komandanlığın tabelyindən getdikcə uzaqlaşması  və müstəqil fəaliyyətə üstünlük verməsi  ilə müşagidə olunan prosesin   daha da sürətlənəcəyi istisna olunmur. Məsələyə münasibət bildirən prezident Ərdoğan artıq bu barədə mövqeyini bəyan edib. Dövlət başçısı Türkiyənin təhlükəsizliyini özü təmin edəcəyini deyib. 

Ancaq  Şimali Atlantika Alyansının təhlükəsizlik  sistemini  Türkiyənin timsalında  parçalanma  həddnə çatdıracaq bu hadisənin səbəbsiz yerə baş verdiyini iddia  mümkün deyil.  Olayın motivindən  NATO-nun və bu qurumdakı aparıcı ölkələrin  Türkiyə dövlətinə sərt xəbərdarlıq mesajı  verdiyi aydın görünür. Yəni Atatürkün və Ərdoğanın portretlərinin atəş hədəfinə  qoyulması  AKP hakimiyyətini  mövcud siyasi kursunu dəyişməyəcəyi təqdirdə,  Türkiyə dövlətini daha ciddi təhlükələr gözlədiyinə dair təhdid anlamına gəlir.  NATO  ilə münasibəıtlərdə getdikcə artan narazılıq daha çox Türkiyənin  Rusiyadan “S-400 Triuf” zenit raket komplekslərinin alınması ilə bağlıdır. ABŞ ABŞ Hərbi Hava Qüvvələrinin beynəlxalq münasibətlər üzrə komandanı Haydi Qrant  Türkiyənin  “S-400” sistemləırini  əldə edəcəyi təqdirdə NATO texnologiyalarına girişinin məhdudlaşdırıla biləcəyini deyib.  Digər tərəfdən, son  dövrlər Türkiyənin Şimali İraqda kürd separatizminə qarşı mübarizədə İranla hərbi əməkdaşlıq qurması görünür, ABŞ-ı və NATO-nu ciddi narahat edir. Türkiyə ilə İran arasında əldə olunan razılaşmalara ABŞ və NATO rəsmiləri açıq etiraz bəyanatı verməsə də Ankaranın Moskva və Tehranla  hərbi sahədə baş verən yaxınlaşmaya  sərgilənən münasibət göz önündədir.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ  bildirib ki, sözügedən skandal  NATO olkələrinin Türkiyəyə qarşı düşmənçiliyindən xəbər verir. Türkiyənin Xarici İşlər Nazirliyi isə Norveç Krallığına ünvanlanmış etiraz məktubunda Atatürkün və Ərdoğanın  portretlərinə qarşı “Əxlaqsız davranış və həqarət nümayiş etdirmiş şəxslərin cəzalandırılmasını” tələb edib. Artıq Norveç hökuməti Türkiyədən üzr istəyib. NATO-nun təqdim etdiyi rəsmi açıqlamada isə qeyd edilir ki, portretləri atəş hədəfinə qoyan şəxslər Alyansın əməkdaşları deyil.   Norveç məmurları olan bu şəxslər hər iki şəkli internetdən götürüblər. Rəsmi Ankara isə həmin şəxslərin həbs edilməsi tələbini irəli sürüb.  Lakin baş vermiş hadisə istənilən halda ikitərəfli münasibətləri  son 68 ildə ən pis səviyyədə zədələyib.  İndi beynlxalq ictimaiyyət Türkiyənin bu təhqirin  qarşılığında hansı addımı atacağını izləyir. Türkiyənin NATO-dan çıxa biləcəyi  barədə son dövrlər proqnozlar tez-tez səslənsə də bu inandırıcı görünmür. Çünki NATO sistemi Türkiyənin milli təhlükəsizliyinin əsas təminatçısıdır.  Türkiyənin NATO sıralarını tərk etməsi onun təhlükəsizliyini və suverenliyini sual altına sala bilər. Şimali Atlantika Alyansının sərhədlərindən kənarda qalmaq müstəqil  kürd dövləti yaratmaq  istəyən qüvvələrin fəallaşmasına təkan verə bilər. Beləliklə, Türkiyə qarşısıalınmaz terrorizm problemi ilə üzıəşə bilər.

NATO-nun  parçalanması və Türkiyənin zəifləməsi ilk növbədə,  Rusiyanın və  İranın maraqlarına uyğundur. Türkiyənin NATO-dan çıxması Avropa Birlyinin təhlükəsizliyi üçün təhdid  yarada biləcək amildir.  Ona görə də çox güman ki, Alyansın rəhbərliyi  Ərdoğan  hakimiyyəti ilə dil tapmağa çalışacaq. Ancaq bu anlaşmanın  asan baş tutacağını demək   çətindir. Rəsmi Ankara NATO-dakı müttəfiqlərinin səhfini  cavabsız qoymaq niyyətində görünmür.  Bu məqsədlə  Türkiyə  bir neçə variantdan istifadə edə bilər.  İlkin ehtimallardan biri, “İncirlik” hərbi hava bazasının NATO-ya qapadılmasını qeyd etmək olar.  Digər  təzyiq vasitəsi kimi Türkiyə NATO daxilindəki statusuna yenidən baxa bilər. Söhbət Alyansın üzvlüyünü tərk etmək deyil, fəaliyyətini məhdudlaşdırmaqdan gedir. Bu baxımdan,  Fransanın 1967-ci ildə tətbiq etdiyi təcrübə Türkiyə üçün əsas presedentlərdən biridir. Xatırladaq ki, NATO-nun hərbi struklturlarında fəaliyyətini  dayandıran Fransa yalnız siyasi qərarların qəbulunda  iştirak hüququnu saxlamışdı. 2008-ci ildə  Nikola Sarkozi  prezident seçildikdən sonra Fransanın NATO-da hərbi fəaliyyətinin bərpası barədə qərar qəbul edilmişdi.

Müşfiq Abdulla 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений