Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazarbayev Trampla görüşmək üçün ABŞ-a gedib



Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri başlayıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

“Səfər zamanı prezident Nursultan Nazarbayev ABŞ prezidenti Donald Tramp, ABŞ rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək”, - məlumatda deyilir.

D.Tramp ilə N. Nazarbayev Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq.

Qazaxıstan prezidenti həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, Tramp Nazarbayevi ABŞ-a sentyabrın əvvəlində telefonla danışarkən dəvət etmişdi. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə olmuşdu.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений