Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazir müavini Rusiya nümayəndə heyəti ilə görüşüb



Mayın 17-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi ilə Altay diyarı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. 

İlham Quliyev Rusiya ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini nəzərə çatdırıb.

Nazir müavini qeyd edib ki, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti mövcuddur. Bu, Altay diyarının şirkətləri ilə Azərbaycanın şirkətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Öz növbəsində Kənd Təsərrüfatı Nazirliyi də Rusiya ilə əməkdaşlığın genişlənməsinə daim dəstək verəcək.  

Viktor Meşeryakov Azərbaycanla Altay diyarı arasında aqrar sahədə əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. 

Sonda hər iki tərəfi maraqlandıran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений