Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlərin istefaya göndərilməsini proqnozlaşdıran astroloq: Dedim ki, Rusiya prezidenti  31 dekabrda istefaya gedəcək...



Tanınmış astroloq Səbuhi Rəhimli 2017-ci ilin əvvəlində bu il bir neçə iri vəzifəli məmur işdən çıxarılacağını demişdi. Vergilər naziri Fazil Məmmədov, ondan öncə isə nəqliyyat naziri Ziya Məmmədovun istefaya göndərilməsi Səbuhi Rəhimlinin proqnozlarını yenidən gündəmə gətirdi.

Cebhe.info-nun əməkdaşı baş verənlərlə bağlı Səbuhi Rəhimli ilə söhbətləşib.

-Səbuhi bəy, ilin əvvəlində demişdiniz ki, bir sıra iri vəzifəli məmur vəzifələrindən kənarlarşdırılacaq. Gözləntiləriniz özünü doğrultdu. İlin sonuna qədər daha neçə iri vəzifəli məmurun gedəcəyini proqnozlaşdırırsız?

-Əvvəla, bunlar gözlənti yox, konkret hesablamalara söykənən proqnozlardır. İkincisi, il tamam olmamış proqnozların təhlilini aparmağı doğru saymıram. Çünki qarşıda az qala bütöv bir ay durur, hər an dəyişiklik baş verə bilər. Yadıma gəlir 1999-cu ildə verdiyim proqnozların hamısı özünü doğrultmuşdu, yalnız biri – Yeltsinin istefaya gedəcəyi proqnozum reallaşmamışdı. Dekabrın 31-də çıxan qəzetlərin bir çoxu məhz həmin proqnozun səhv çıxmasını qabartmışdılar. Amma elə oldu ki, Rusiya prezidenti elə dekabrın 31-də, günorta saatlarında istefaya getdi. Bu baxımdan tələsməyin əleyhinəyəm. Ötən ilin sonlarında bir TV-də açıq demişdim ki, prezidentin müşavirəsində əyləşən nazirlərdən ən azı ikisi ilin sonunda orada olmayacaq. Bu günlərdə çoxları mənə proqnozumun tam doğrulmadığını, yalnız Ziya Məmmədovun istefaya göndərildiyini deyirdilər. Amma görürsünüzmü, ikincisi də oldu. Hərçənd Energetika naziri Natiq Əliyevin vəfat etməsini də nəzərə almalıyıq.

-Ümumiyyətlə ölkənin gündəmində daha hansı yeniliklər gözləyirsiz?

-Bildiyiniz kimi mən ildə bir dəfə proqnoz verirəm və ilin sonunda da bunun hesabatını ictimaiyyətə təqdim edirəm. 2018-ci il üçün dediklərimə hər hansı bir əlavəm yoxdur. Hazırda ötən il verdiyim 25 proqnozun təhlili üzərində çalışıram. 25 proqnozdan 21-i tam özünü doğruldub. 4-ü üzərində işləyirəm. Çünki bəzi statistik məlumatları dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmişəm, cavab gözləyirəm. Düşünürəm ki, bu dəfə proqnozların hamısı özünü doğruldacaq.

-Dəyişikliklər nə vəd edir? Gözləntilər müsbətdir, yoxsa mənfi?

-Təəssüf ki, bəzi səbəblərdən gələn il üçün ictimai-siyasi proqnozlarım olmayacaq. Artıq bu barədə mediada açıqlamalarım da olub. Bu səbəbdən proseslərin gedişatı, inkişafı, müsbət və ya mənfi istiqamətə yönələcəyi barədə bir şey deyə bilmərəm.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений