Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nazirlik Bakıda keçirilən 18+ sərgiyə qarışdı: “Araşdırılmalıdır"



Xəbər verildiyi kimi, Bakıda ADO Teatrının təşkilatçılığı ilə oyuncaq qız kuklalarının (18+) fotosərgisi keçirilib. Sözügedən sərgi sosial şəbəkələrdə və ictimaiyyətdə qınağa səbəb olub. “My name is Sarah” adlı sərginin rəssamı Vüsal Rahim isə müəllifi olduğu sərgini normal hesab edib.

Qeyd edək ki, qız gəlincikləri üzərində müxtəlif erotik görüntülər nümayiş etdirilib. Oyuncaqlar üzərində nümayiş etdirilən müxtəlif obrazlar isə rəzalət kimi qiymətləndirilib. Ən əsası bu görüntülərin uşaqların psixologiyasına mənfi təsir edəcəyi vurğulanıb.

Fotosərgi 18 yaşdan aşağı kateqoriya üçün nəzərdə tutulmasa da, məhz gəlinciklərin olması onları buna baxmağa vadar edəcək. Ümumilikdə hansısa bir fahişə qadının həyatının bu kuklalar üzərində tərənnümü düzgün hesab edilməyib. Sözügedən sərgi qadın və uşaq təşkilatları tərəfindən də birmənalı qarşılanmayıb. Hətta mətbuatda sərginin təşkilatçıları və rəssamı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacağı da bildirilib.

Xatırladaq ki, Vüsal Rahimin müəllifliyi ilə təşkil olunan bu sərgi ilk olaraq Rusiyada təşkil olunub və bu ölkənin ictimaiyyəti tərəfindən tənqidə tuş gəlib. Orada sərgidəki obrazlar xoş qarşılanmadığından rəssam ciddi təpki görüb. Maraqlıdır, ictimaiyyətdə ciddi qınağa səbəb olan bu olay Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diqqətə alınıbmı? Ümumiyyətlə, belə sərgilərin keçirilməsi üçün aidiyyatı qurumlardan icazə alınmalıdırmı? Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Cebhe.info-ya bildirib ki, istənilən sərgilərin keçirilməsi üçün rəsmi icazəyə gərək yoxdur: “Sərgi keçirmək üçün xüsusi bir icazə və ya lisenziyaya ehtiyac yoxdur. Amma bu sərgidə müəyyən məqamlar var ki, onlar araşdırılmalıdır”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений