Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nazirlik əlillərə 9 355 protez verib



Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib

Cebhe.info-nun xəbərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu haqda məlumat yayıb. Nazirliyin məlumatına görə cari ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 702 nəfər əlilliyi olan vətəndaş qeyd olunan xidmətlərlə təmin olunub. Onlardan 486 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib. 

Bu dövrdə əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 358 ədəd aşağı və yuxarı ətraf protezi, 3096 ədəd müxtəlif reabilitasiya vasitəsi, 526 ədəd yuxarı və aşağı ətraf ortezi, 158 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Əlilliyi olan şəxslər həmçinin 812 cüt protez ayaqqabı, 1473 cüt ortopedik ayaqqabı, 125 ədəd dördayaqlı dayaq vasitəsi, 215 cüt qoltuqaltı və 375 cüt dirsəkaltı ağacla,  708 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə həmçinin 14 ədəd əlil arabası verilib, onlara məxsus 253 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.

Ümumilikdə yanvar-aprel aylarında əlilliyi olan şəxslər 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Habelə Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 177 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. 

Nigar Məhərrəm
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений