Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlik pambıq sahələrini artıracaq: Əvəzində nədən kəsəcək? - NARAHATLIQ



Ölkədə pambıq əkininin artırılması nəzərdə tutulur. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov açıqlama verib. O, bildirib ki, Azərbaycanda 140 min hektara yaxın ərazidə pambıq əkini nəzərdə tutulub. Bu da ötən illə müqayisədə təxminən 17% çoxdur: 

"Hazırlıq işləri gedir. Artıq şirkətlərlə müqavilələr bağlanıb. Toxum, gübrə tədarük edilb, texnika var. Bu il keyfiyyətli məshulun əldə edilməsi gözlənilir".

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı strateji gəlirli sahə olan pambıqçılığın artırılmasını təqdir edir: 

“Həm ölkənin təlabatını ödəmək, həm də ixrac üçün pambıq perespektivli sahədir. Bizim bu sahədə təcrübəmiz var. Yeganə problem odur ki, pambıq sahələri digər sahələrin hesabına deyil, istifadə olunmayan, istifadəyə yararsız torpaq fondunda əkilməlidir. Bu zaman həmin sahə inkişaf edər. Yüzlərlə insan işlə təmin olunar. Amma bəzi hallarda görürük ki, pambıq tərəvəz sahələrində, biçilmiş torpaqlarda əkilir, bu da heyvandarlığa ciddi ziyan vurur”.

Azərbaycan pambığının dünya bazarında baha qiymətə satıldığını deyən ekspert qeyd etdi ki, vaxtilə araşdırılırdı pambıq hansı sahələrdə əkilsə, daha çox səmərə verər: 

“Bu cür torpaqlarda əkilən pambıq yararsız ola bilməz. İstehsal prosesi müasir texnologiyalar uyğun doğru formada aparılarsa, həmin məhsul keyfiyyətsiz ola bilməz”.  

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений