Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlik: Zığ qəsəbəsindəki uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil



Ötən həftə Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil.

Bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, həmin ərazidə tikilən istinad divarın içində kollektor çəkmək istərkən həmin divar uçub: “Yəni qazılmış ərazidə uçqun baş verib. Bu, sürüşmə deyil”.

Qeyd edək ki, noyabrın 17-də Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında baş verən uçqun zamanı 1 fəhlə torpaq altında qalıb. Fəhlə xilas edilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений