Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlikdə görüş: Qazaxlar maraqlıdır



Bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib. 

Bu barədə məlumat Cebhe.info-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilib. Məlumatda bildirilir ki,  Azərbaycan nümayəndə heyətinə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Qazaxıstan nümayəndə heyətinə "KazakhExport" ixracın sığortalanması şirkətinin idarə heyətinin sədri Ruslan İsakov rəhbərlik edib.

Görüş zamanı tərəflər arasında iqtisadi, ticarət və nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı sahəsində mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstan Respublikasında Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.
Ruslan İsakov sərnişin avtobusları parkının yenilənməsi sahəsində dövlət proqramlarının qəbulu və icrası, şəhərdaxili sərnişin daşınmasında vahid bilet sisteminin və elektron bilet satışının tətbiqi, taksi minik avtomobillərinin və operatorlarının idarə olunması, həmçinin onlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları barədə məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov isə qeyd olunan məsələlərlə bağlı belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib. O, nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran ən aktual məsələlər olduğunu da önə çəkib. Nəqliyyat sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulduğunu deyən  H.Həsənov beynəlxalq öhdəliklərə əməl olunmasının ölkə daxilində aparılan hüquqi islahatların nəticəsi olduğunu vurğulayıb.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений