Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nazirlikdə İctimai Şura toplandı



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın cari ildə gördüyü işlər müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclasında şuranın 2017-ci ilin ötən dövrünə aid hesabatı, habelə şuraya daxil olan müraciətlərə baxılması sahəsində görülən işlər və digər məsələlər müzakirə edilib. 

İctimai şuranın sədri Mayis Əliyev şuranın 2017-ci ilin ötən dövrünə aid hesabatını slaydlar vasitəsi ilə təqdim edib. Cari ildə şuranın 4 iclas, 2 görüş, 2 ictimai müzakirə (dəyirmi masa) keçirdiyi, 5 normativ hüquqi akta rəy verdiyi, vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən şuraya 45 müraciətin daxil olduğu bildirilib. Hesabatla yanaşı, Şuranın cari ildə əmək, məşğulluq, sosial müdafiə sahələri ilə bağlı irəli sürdüyü təklif və tövsiyələr də müzakirə edilib. 

Hesabat və təkliflərlə bağlı müzakirələrdə “Konstitusiya” Araşdırmalar Fondunun” Prezidenti Əliməmməd Nuriyev, “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin İcraçı-direktoru Tələt Qasımov və başqaları çıxış ediblər. 

İctimai şuranın 2017-ci il üçün hesabatı qənaətbəxş hesab edilib. İclasın sonunda şuraya daxil olan müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı görüləcək işlər də müzakirə edilib.

Nigar
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений