Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı



Bakıda daha bir dələduzluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Əlizadə Aynur Fərhad qızı polisə müraciət edərək bildirib ki, Rəna adlı şəxs ondan işə düzəltmək adı ilə külli miqdarda pul alaraq dələduzluq edib.

Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Nəsimi rayonu ərazisində Rənaya 6500 manat və 3500 dollar (təxminən 6 min manat) verib. Həmin qadın A.Əlizadəni Təhsil Nazirliyində işə düzəldəcəyinə söz versə də, vədinə əməl etməyib, üstəlik verilən pulları da geri qaytarmayıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений