Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlikdən xəstəxanalarda 25 manata satılan hava ilə bağlı AÇIQLAMA



Bir müddət öncə bəzi səhiyyə müəssisələrində OXİN adı ilə tanınan bioloji aktiv dərman preaparatları müxtəlif firmalar tərəfindən həkimlərə tövsiyə olunaraq yazılan reseptlərlə valideynlərə satıldığı haqda yazmışdıq. 

Pediatr Aytən İsmayılzadə özü belə bir hadisənin şahidi olduğunu demişdir. Həkimin sözlərinə görə, bir torbası 25 manata olan bu dərman preparatının uşağın səhhəti üçün heç bir faydası olmadığı söylənilir. Aytən İsmayılzadə Cebhe.info-ya açıqlamasında firmalar və bunu yazan həkimlərin addımını cinayət, fırıldaq adlandırıb. 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin də münasibətini öyrəndik.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, bu qida əlavəsinə sertifikat verilib: 

“Zərərsizdir. Bu sertifikat həmin preparatın həqiqətən də, təhlükəsiz olduğunu göstərir. Həkim məsləhəti ilə qəbul olunur. Bu preparat, hətta, hamilə qadınlara da yazılır. Bəzən müəyyən problemləri olan uşaqlara da verilir. OXİN preparatının qiyməti isə nazirliyin nəzarətində deyil”. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений