Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nazirliklərdə işə qəbul: NECƏ APARILIR?



Rusiyanın iqtisadiyyat və inkişaf naziri Maksim Oreşkin Facebook səhifəsində nazirlikdə işləmək istəyən 4 min nəfərin məlumatlarına baxıb. Nazir şəxsi söhbətlərin keçirilməsi üçün namizədlərdən 15 nəfəri seçib. Nazir həmin 15 nəfəri işə qəbul etməyi planlaşdırır.

Cebhe.info xəbər verir ki, qonşu Rusiyadan fərqli olaraq, Azərbaycanda dövlət işinə, nazirliklərə qəbul olmaq daha çətindir. Belə ki, Azərbaycanda nazirlikdə işə qəbul Dövlət Qulluğuna İmtahan və Nazirliklərin daxilində keçirilən müsabiqə əsasında baş tutur.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində işə qəbulla bağlı yerləşdirilən elanda bildirilir ki, müsahibə nazirliyin Müsabiqə Komissiyası tərəfindən aparılacaq. Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir.

Təkcə Vergilər Nazirliyində deyil, digər nazirliklərdə də işə qəbul üçün kifayət qədər çətin şərtlər qoyulur. Həmçinin yaş məhdudiyyəti də digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Əksər hallarda 30-35 yaşadək yaş məhdudiyyəti qoyulur. Müəyyən qrup şəxslər var ki, onların işə qəbulu üçün məhdudiyyətlər yaranır. Digər xarici ölkələrlə müqayisə etsək Azərbaycanda nazirliklərdə əmək haqqı kifayət qədər aşağı, tələblər, şərtlər isə çox ağırdır.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений