Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neft Fondunun 30 ton qızılı, 2.2 milyard... – DAHA NƏLƏRİ VAR? ÖZƏL



Bu il iyunun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) malik olduğu daşınmaz əmlakının dəyəri 2,2 milyard ABŞ dolları təşkil edib. Bunu Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib. Onun sözlərinə görə, bunun 73 faizini birbaşa investisiya, 27 faizini isə dolayı investisiyalar təşkil edib.

Azərbaycan Dövlət Neft Fondunun mətbuat katibi Cəmalə Əliyeva yazılan fikirlərə aydınlıq gətirib.

Qurumun sözçüsü Cebhe.info-ya bildirib ki, ARDNF-nin malik olduğu daşınmaz əmlakın portfeli deyəndə Neft Fondunun Azərbaycanda olan binası nəzərdə tutulmur:

“Fondun investisiya portfelində müxtəlif yerlərdə alınan binalar, eləcə də daşınmaz əmlak fondlarına olunan yatırımlar və.s. nəzərdə tutulur. Məhz ARDNF-nun bu investisiya portfelində daşınmaz əmlakının məbləği 2.2 milyard dollardır. İnvestisiyalar əsasən müxtəlif təyinatlı ofis tipli daşınmaz əmlaka yönəldilib. ARDNF 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra önəmli şəhərlərində, eləcə də Asiyada yerləşən müvafiq ofis və ticarət komplekslərinə investisiyalar yatırıb. 

Məlumat üçün bildirim ki, Dövlət Neft Fondunun aldığı daşınmaz əmlak sırasında Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 İngilis funt sterlinqi (285 550 000 ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi 2012-ci ilin dekabr ayında başa çatdırılıb);

Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 000 000 ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi (investisiya prosesi 2012-ci ilin dekabr ayında başa çatdırılıb);
Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 000 000 avro (180 000 000 ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi (investisiya prosesi 2013-cü ilin mart ayında başa çatdırılıb);

Seul şəhərinin 203 Euljiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 447 000 000 ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksi;
Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 52,3 milyard yapon yeni (432 073 855 ABŞ dolları) təşkil edən Kirarito Ginza ticarət obyekti;
Milan şəhərinin tarixi biznes mərkəzində Via Meravikli 7 ünvanında yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binası”.

Qeyd: Verilən məlumatda göstərilən rəqəmləri hesabladıqda aydın olur ki, Neft Fondunun birbaşa investisiya qoyduğu 73 faiz hissəsi 1 milyard 600 milyon dollardır. (285 550 000 + 133 000 000 + 180 000 000 + 447 000 000 + 432 073 855 + 113 276 600 =159090  0 455 – müəl.) Məlum olur ki, Fondun dolayı investisiyasının (27 faiz) məbləğ ifadəsi isə 609 milyon 099 min 545 dollardır.

Qurum sözçüsü onu da qeyd edib ki, müxtəlif ölkələrdə fərqli sahələrə üzrə investisiya yatıran özəl daşınmaz əmlak fondları var. Cəmalə Əliyeva Dövlət Neft Fondunun özəl daşınmaz əmlak fondlarına da investisiya yatırdığını da deyib: 

“Dövlət Neft Fondu müştərək fondlarla birgə investisiya həyata keçirdir”.

Cəmalə Əliyeva onu da vurğulayıb ki, 2018-ci il üçün Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 60,67 milyard manata bərabər götürülür:

“Neft Fondunun əsas investisiya portfeli sabit qiymətli kağızlara olan yatırımların faiz dərəcəsi, səhmlər, daşınmaz əmlak və qızıldan ibarətdir. Fondun 2.2 milyard dolları xarici ölkələrdə müxtəlif daşınmaz əmlakların alınmasına, özəl daşınmaz əmlak və müştərək fondlara investisiyalar yatırıb.

Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilmiş qızıl 30 tondur (970 146 troya unsiyası). Fondun portfelində qızıl 5 faiz nəzərdə tutulub. Hələ ki, mövcud qızıl 5 faizi təşkil etmir. Ona görə də həmin limitə qədər qızıl alışını davam etdirmək nəzərdə tutulub. Ola bilər ki, gələcəkdə 5 faizdən artıq qızıl alışı nəzərdə tutulsun, o zaman da Fondun investisiya siyasətinə yenidən baxılmalıdır. Ehtimal var ki, gələcəkdə Fondun qızıl portfeli artırılsın”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений