Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neft ölkələri üçün sürpriz DÖNÜŞ



Yaxın Şərqdə artan geosiyasi risklər xam neft aktivlərini investorların gözündə cəlbedici edir. ABŞ-ın investisiya bankı “JP Morgan”ın analitikləri, Brent markalı neftin bir barelinin 80 dollara qədər artacağını proqnozlaşdırırlar. Yaxın Şərqdə, xüsusilə Suriyada gündən-günə artan geosiyasi gərginlik, hər gün neftin qiymətlərinin yüksəlməsinə səbəb olur. Qlobal bazarlarda sərmayəçilər ötən həftəni ABŞ-ın Suriyaya hərbi müdaxilə edəcəyinə dair hər hansı bir göstəriciyə görə Ağ Evin və prezident Donald Trampın Twitter hesabında paylaşdığı mesajları yaxından izləyərək keçiriblər. 

Brent markalı xam neft əvvəlki aya nisbətən 0,8 nisbətində artaraq 72,58 dollara yüksəlib və 2014-ci ilin noyabr ayından etibarən ən yüksək yekun səviyyəsinə çatıb. Qərbi Texas (WTI) xam nefti isə həftəlik ən yaxşı performansı göstərərək 67.39 dollar səviyyəsində bağlanıb. Bu rəqəm 2014-cü il dekabrın 4-dən sonra günümüzdə ən yüksək qiymət hesab olunur.

Neft analitikləri keçən həftəni üç il ərzində zirvədə bağlanmış xam neft qiymətlərinin daha da artacağını düşünürlər. Ekspertlərin sözlərinə görə, Suriyadakı Qərb qüvvələrin hərbi müdaxilələrinin əhatə dairəsinin genişlətməsi, o cümlədən ABŞ-ın və Avropa İttifaqının İrana qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, brent markalı xam neftin bir bareli 80 dollar və ya daha çox dəyər qazana bilər. Bəzi ekspertlər prosesi iqtisadiyyatın geri dönüş modeli kimi qiymətləndirirlər. Tramp və onun iqtisadi heyətinin amerikalı şirkət və istehlakçılara təklif olunan "vergi hədiyyəsi"ndə neft aktivlərini daha cəlbedici edir. ABŞ-ın investisiya bankının mütəxəssisləri tərəfindən hazırlanan analizdə, İrana tətbiq olunan iqtisadi sanksiyalar vasitəsilə bu yaz üçün gözlənilən risklərin Suriyadakı proseslər səbəbindən daha sürətli reallaşdığı qeyd olunur.

Ekspertlərin qənaətincə, may ayında İrana tətbiq edilən sanksiyalarla bağlı hər hansı bir qərar, neft bazarlarında artan qiymətlərə və orta səviyyədən yüksək dəyişkənliklə davam edən bir proseslərin başlanğıcı ola bilər. İrana tətbiq olunması ehtimal edilən sanksiyalardan sonra neft bazarlarında olan dalğalanma 1973, 1979 və 1990-cı illərin əsas neft şoklarından çox, 2011-ci ilin Ərəb Baharı ilə müqayisə edilir. Dünyanın ən çox neft istehlakçısı ölkələri arasında olan ABŞ, İrandan xam neft ixrac etmir. Ancaq Avropa İttifaqı və Asiya müştərilərinin sanksiyalar istiqamətində İrandan neft almaması faktı bazarların həyəcanını qaçıra bilər.

Həmçinin, investisiya məsləhətçiləri də son illərdə enerji ehtiyatlarının yaxşı nəticələr göstərdiyinə diqqət çəkir.

Maraqlıdır, Yaxın Şərqdə, xüsusilə Suriyada artan geosiyasi gərginlik nefti nə qədər yüksəldəcək?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında qiymət əmələgəlmə prosesində bir neçə amilin olduğunu  bildirib:

“Şübhəsiz ki, qəfləti tirendin yaranmasında hər hansısa bir kataklizm nəzərdə tutula bilər. Bu, təbii fəlakətlər, müharibələr, hərbi münaqişələr, eyni zamanda siyasi oyun da ola bilər. Bunlar şübhəsiz ki, əmtəə birjasında neftin və digər əmtəələrin qiymət əmələgəlmə prosesinə təsir edə bilər. Sadaladığımız problemlər neftin qiymətinin həm ucuzlaşmasına, həm də yüksəlməsinə gətirib çıxardır. Hazırda qiymətlərin artdığını müşahidə edirik. Burada ikinci təsir aləti də var. Belə ki, mövcud vəziyyətdə birjalardakı ticarət əməliyyatlarının balansından da çox şey asılıdır. Doğrudur, hazırda qarşıdurma yaranıb və bu qiymətin artmasına təsir edir. Amma proses əksinə də ola bilər. Əgər neftin qiymətinin yüksəlməsi proqnozu verilirsə və dünya birjalarında neftin qalxmasına təkliflər daha çox gəlirsə, onda həcm indikatorlarında dəyişiklik əmələ gələ bilər. Bu zaman qəfləti şəkildə neftin qiyməti aşağı düşə bilər. Proqnoz verərkən hər iki ehtimalı gözləmək lazımdır”.

Ekspert onu da əlavə edib ki, birjalarda ticarətçilərin özlərini necə aparmalarına da diqqət yetirmək vacibdir: 

“Ümumiyyətlə, qlobal bazarlarda təlatümlü qiymət dalğalanması gözlənilmir. Adətən verilən proqnozların 80-85 faizi düz çıxa bilir. Ola bilsin ki, zəif trendlə yəni, 75 faiz civarında qiymət artımı ola bilər. Amma bu, sadəcə proqnozdur, reallıqda isə prosesləri konkret zaman və məkan çərçivəsində izləməyə qalır”.

Y. Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений