Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Neftçi" Azərbaycan Premyer Liqasının bombardirini transfer edib



"Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Klubun rəsmi məlumatına görə, Topaz Premyer Liqasında 2017-2018 mövsümünün bombardiri Baqali Dabo ilə 2 illik müqavilə imzalanıb.

29 yaşlı hücumçu 9 nömrəli formanı geyinəcək.

Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Dabo ötən mövsüm "Qəbələ”nin heyətində çempionatda 27 oyunda 13 qol vurub.

"Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Flaqmanın transfer çalışmaları davam edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений