Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Neftçi"də iki yeni futbolçu



Türkiyənin Antalya bölgəsində toplanışda olan “Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb

Sportal.az xəbər verir ki, söhbət ukraynalı İqor Sikorski və mərakeşli Roxti Axentedən gedir. Hər iki futbolçu bakılıların Rusiyanın “SKA-Xabarovsk” komandası ilə saat 17:00-da start götürən yoxlama matçında ehtiyat oyunçular skamiyasında yer alıb.

30 yaşlı Sikorski yarımmüdafiəçidir. Onun son iş yeri Ukraynanın I divizionunda çıxış edən “Nikolayev” klubu olub.

Mərakeş yığmasında 2 oyun keçirən Axente isə Hollandiyanın PSV klubunun yetirməsidir. 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son klubu Hollandiya çempionatının I divizionunda mübarizə aparan "Qou Ehed iqls" klubudur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений