Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Neftçi"dən ilk transfer - RƏSMİ



"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
 
Cebhe.info xəbər verir ki, Tural Axundov 1 (bir) illik müqaviləyə imza atıb.
 
29 yaşlı cinah müdafiəçisi komandamızın heyətində 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan yeni futbolçumuz, Belarusiya və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений