Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Neftçi"nin prezidentindən ittihamlar: "Ədalətli hakimlik olsaydı...



“Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, Topaz Premyer Liqasının XII turunun noyabrın 19-da keçirilmiş “Neftçi” – “Qəbələ” matçında şübhəli hakim qərarlarına münasibət bildirib. Klub rəsmisi komandasının qələbəyə layiq olduğunu qeyd edib:
 
“Hakimlər briqadasının səhvləri sözügedən oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik, ədalətli hakimlik olsa, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı “öldürürsə”, bu, şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər?”
 
Hüseynzadə hakimlərin qərəzli olduğuna inanmadığını, ancaq səhvlərdən sığortalanmaq üçün əlavə vasitələrdən istifadənin mümkünlüyünü deyib:

“Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi. Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.
 
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений