Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neftin qiymətləri aşağı düşüb



Səudiyyə Ərəbistanının və Rusiyanın istehsalı artırmasına dair dolaşan söz-söhbətlər neft qiymətlərinin 4 faizədək azalmasına səbəb olub.

Cebhe.info xəbər verir ki, qlobal fond birjalarında qiymətin əsaslı şəkildə artacağı ehtimalı məhduddur.

Dünyada ən çox istifadə edilən Londonun Brent markalı xam neftinin bir barelinin qiyməti ötən gün 75.94 dollardan satılsa da, hazırda 3,8 faiz azalaraq 73,07 dollara düşüb.
ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin bir bareli dünən 66,89 dollara ticarət edilsə də, bu gün 3,9 faiz azalaraq 64,29 dollara satılıb.

Ekspertlər, gələn cümə günü Vyanada Neft İxracatçı Ölkələr Təşkilatının (OPEC) iclasına işarə edərək, kartelin ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı və OPEC xaricindəki Rusiyanın istehsalı artırmağa qərar verə biləcəyinə diqqət çəkib.

Analitiklər hesab edir ki, Səudiyyə Ərəbistanı və Rusiyanın xam neft istehsalını artırdıqları təqdirdə, qlobal bazarlarda bəlli bir dönəmdə tədarükün yenidən artmasına səbəb olacaq. Bunun da neft qiymətlərinə aşağı təzyiq göstərə biləcəyi bildirilir.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений