Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neftin ucuzlaşması Neft Fondunun qiymətli kağızlarına təsir edib



“Dünya bazarlarında neftin ucuzlaşmasının Neft Fondunun investisiya siyasətinə təsirsiz ötüşməyib. Bunu Fondun 2012-2018-ci illər üzrə investisiya portfelindəki istiqrazların kredit reytinqlərinin dəyişməsi tendensiyası göstərir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, neftin bahalı vaxtlarında Fond yüksək kateqoriyalı (A və daha yüksək) qiymətli kağızların payını azaltmaq siyasəti yürüdüb:

“Fond nisbətən aşağı kateqoriyalı kağızların (BBB və daha aşağı) payını artıb (23 faizə qədər). Məsələn, 2012-2016-cı illərin I rübündə A və daha yüksək kateqoriyalı kağızların payı 77-79 faiz arasında dəyişib və getdikcə azalma tendensiya göstərib. Ancaq sonrakı dövrlərdə bu göstərici artmağa başlayıb və 2018-ci ilin I rübünə 89,2 faizə qədər yüksəlib.

AA kateqoriyalı istiqrazlar ən yüksək həddə (41,3 faiz) çatıb və portfeldə ən böyük paya malikdir. Vaxtilə üstünlük təşkil edən ən yüksək (AAA) kateqoriyalı kağızların payı isə son iki ildə kəskin artmasına (14,04 faizdən 31,3 faizə) rəğmən ikinci böyük paya malikdir. Eyni zamanda son 2 ildə qeyri-investisiya kateqoriyasına daxil olan qiymətli kağızların payı 3,5 faizə artıb. Buna səbəb bəzi ölkələrin kredit reytinqinin azaldılmasıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений