Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

NƏHAYƏT: Bu ay bütün pensiya və müavinətlər verildi - NAZİRLİK



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə respublikamızın bütün şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb.

Cebhe.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. 

Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtında yerinə yetirilib.

“Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub. Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək”, - deyə məlumatda bildirilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений