Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nənəsini öldürən qız ruhi xəstə imiş - ÖZƏL



Xəbər verdiyimiz kimi, Şəkidə 79 yaşlı nənə nəvəsi tərəfindən qətlə yetirilib.

Hadisə noyabrın 11-i axşam saatlarında Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfində qətlə yetirilib.

Şəki şəhər İcra Hakimiyyətindən Cebhe.info-ya verilən məlumata görə, nənəsini qətlə yetirən şəxsin ruhi xəstə olması haqda məlumatlar yayılıb: “Bu cür söz-söhbətlər var. Ruhi xəstə olduğu deyilən qız nənəsini balta ilə qətlə yetirib”.

Hazırda faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений