Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nikol Paşinyan Serj Sarkisyanın düşmənini həbsdən azad etdi



Ermənistanın Apellyasiya Məhkəməsi Dağlıq Qarabağın işğalında fəal iştirak etmiş, “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Sefilyanla yanaşı, fəallardan Gevork Safaryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qalust Qriqoryan və Qrayra Toçyan da məhkəmə zalından sərbəst buraxılıb. Hansı ki, Sefilyanın 7 il, digərlərinin isə 3-3,5 il həbsdə yatacağı gözlənilirdi. Onların həbsdən azad olunması üçün “Tsaruxyan” və “Çıxış” bloklarının deputatları təşəbbüslə çıxış etmişdilər.

Sefilyan qanunsuz silah əldə etmək, saxlamaq və daşımaqda ittiham olunaraq saxlanılmışdı. 10 dekabr 2006-cı ildə tərəfdaşı Vardan Malxasyanla birlikdə dövlət hakimiyyətini güc yoluyla devirməkdə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək, 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən il aprelin 7-də isə Sefilyan 4 dostu ilə birlikdə insanları kütləvi iğtişaşlara cəlb etməkdə təqsirləndirilərək, həbs edilmişdi.

Bununla da Nikol Paşinyan Serj Sərkisyana qarşı silahlı qiyam etmiş daha bir dəstəni sərbəst buraxmış oldu.

Xatırladaq ki, 2016-cı ilin iyununda “Sasna Tser” silahlı qruplaşmasının üzvləri İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirmişdi. Onlar müxalif Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirdilər. Basqın zamanı bir polis ölmüşdü, 2-si isə yaralanmışdı. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений