Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nisə Qasımova 64 yaşını qeyd edir



Bu gün xalq artisti Nisə Qasımovanın doğum günüdür. 

Cebhe.info-nun məlumatına görə tanınmış müğənni 64 yaşını qeyd edir. 

Qeyd edək ki, Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olunub. 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunub. 1972-1973-cü illərdə bir-birinin ardınca səsləndirdiyi “Ay ellər”, “Sənsən həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilib və müğənni tez bir zamanda uğurlar əldə edib. Bir çox mahnıların mahir ifaçısı kimi tanınan N.Qasımova 2008-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений