Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Novruz Məmmədovun yerini kim tutacaq?



“Novruz Məmmədovun baş nazir təyinatından sonra iki sual da aktuallaşıb. Novruz Məmmədovun yerinə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi kim olacaq? Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinə kim nəzarət edəcək?”

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu hesab edir ki, sözügedən vəzifələrdə kimin təmsil olunacğı vacibdir:

“Birinci sual ona görə vacibdir ki, prezidentin xarici siyasət məsələləri üzrə köməkçi vəzifəsi bəlkə də xarici işlər nazirinə bərabərdir, nazirlə müqayisədə prezidentlə daha çox təmas imkanı olur, xarici siyasətin əsas istiqamətlərini müəyyənləşdirir. Həmin vəzifədə olan şəxsin xarici siyasətdə Rusiyaya, yoxsa Qərbə üstünlük verdiyinə diqqət yetirilir. Ona görə də bu vəzifədə kimi təmsil olunacağı Rusiya və Qərb üçün də son dərəcə vacibdir.

İkinci sual da diqqət mərkəzindədir. Strateji Araşdırmalar Mərkəzi Novruz Məmmədovun kurasiyasında idi. Həmin mərkəz effektiv çalışmasa da, orada işçi var və büdcədən kifayət qədər maliyyə ayrılır. Ona görə də prezidentin xarici siyasət məsələləri üzrə yeni köməkçisi Strateji Araşdırmalar Mərkəzini fəallaşdırmalı olacaq”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений