Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Novruz yarmarkaları: Müddəti, ünvanları...



“Novruz yarmakaları”-na martın 17-dən başlanacaq. 

Bu barədə Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, yarmarkalar fasiləsiz olaraq 4 gün müddətində martın 20-nə kimi keçiriləcək. 

Yarmarkalar aşağdakı ünvanlarda olacaq:

Bakı şəhəri üzrə:
  
1. Xətai rayonu: Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 
2. Nərimanov rayonu: Keşlə bazarının ərazisi;
3. Səbail rayonu: Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
4. Suraxanı rayonu: Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
5. Binəqədi rayonu: Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
 
Sumqayıt şəhəri üzrə: 12-ci mikrorayon
 

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений