Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nümayəndə heyətinin rəhbəri: "Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək"



"Bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər".

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək: "Bu Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений