Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nura Suriyə QADAĞA qoyuldu



Müğənni Nura Suri “ATV maqazin onlarla” verilişində yaxın dostu və həmkarı Samir Cavadzadə ilə bağlı bəzi fikirlər səsləndirib.

Cebhe.info-nun məlumatına görə, ifaçı S.Cavadzadəni tənbəl adlandırıb.

Müğənni Samir Cavadzadə də “Facebook” vasitəsilə Nura Surinin onunla bağlı dediyi "Qeybə çəkilib" sözlərinə sərt reaksiya verib.

O, Nura Suriyə xəbərdarlıq edərək, onun haqqında danışmağa qadağa qoyub:

“Deyir ki, Samir heç anasına zəng etmir? Bu nə qədər düzgün ifadədir? Anam zəng edib deyir ki, bu niyə belə danışır? Dedim, keçmişdə öz əməllərinə görə başına o qədər zərbələr vurublar ki, beyin qapağında çatları çoxdur. Heç kəs haqda indiyənə qədər bir pis kəlmə işlətməmişəm. Qalmaqaldan uzaq olmuşam. Bir tərif edib, arxasınca gülərək tamaşaçı gözündə anti-reklam etmək elə-belə deyil. Məqsədyönlüdür... Üzümə demisiniz ki, sən çıxsan biz batacayıq. Buna da gülüb yan keçmişəm. Mələk cildində çıxıb camaatı dolamayın. İllər boyu “dost” deyib, efirdə mənim anti-reklamımla məşğul olmusunuz. Məqsədiniz nədir? Nə vermisən, ala bilmirsən? Hər zaman susmuşam, bağışlamışam. Susduqca, siz həddinizi aşırsınız. Danışanda ifadələrinizə fikir verin. Heç kəslə işim olmayıb. Özünüz outrun, fikirləşin niyə mən sizdən aralı gəzirəm? Guya bunlar ərk edib danışırlar. Bu ərki gedin evdə dədəniz üçün edin. Qeybə çəkilmiş həyatınızı yaşayın”.

Qeyd edək ki, Nura "ATV maqazin onlarla" verilişində Samirin ünvanına bu sözləri deyib:

“Yenə itib. Bu dəfə mən də onu axtarmayacağam. Yoxa çıxmağı səbəbsizdir. Səbəb yoxdur, olsaydı bilərdim və dillənməzdim. Bu insan öz anasına da zəng etmir. Öz aləmində yaşayan insandır".

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений