Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oğurlayıb evində saxladı: TUTULDU



Bərdə şəhər sakini Nicatağa Bağırov noyabrın 26-da RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq edildiyi barədə məlumat verib. 

Cebhe.info xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, zərərçəkən evdən ona məxsus ümumilikdə, 4 min 300 dollar dəyərində qızıl əşyalarının və fotoaparatın, 1280 manat dəyəri olan digər məişət əşyalarının oğurlandığını bildirib.

Bərdə RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib. O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. 

Hazırda bu şəxsin digər oğurluqlarda iştirakı məsələsi istintaq orqanları tərəfindən araşdırılır.

Elgün Gəncimsoy
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений