Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkədə istehsal azalıb: Gələn il üçün PROQNOZ



Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 35,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5% artıb, neft sektorunda isə 5% azalıb.
 
Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
 
Mədənçıxarma sektorunda metal filizlərinin hasilatı 2,9 dəfə artıb, neft hasilatı 6,2%, əmtəəlik qaz hasilatı isə 2,2% azalıb.
 
Emal sektorunda qida məhsullarının istehsalı 0,6%, içkilərin istehsalı 22,8%, tütün məmulatlarının istehsalı 6%, toxuculuq sənayesi məhsullarının istehsalı 47,8%, geyim istehsalı 31,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,9%, kimya sənayesi məhsullarının istehsalı 20,8%, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 91,4%, tikinti materiallarının istehsalı 29,8%, kompüter və elektron məhsulların istehsalı 28,5%, elektrik avadanlıqlarının istehsalı 50,1%, maşın və avadanlıqların istehsalı 38,7%, sair nəqliyyat vasitələrinin istehsalı 16,9%, mebel istehsalı 17,8% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,8%, kağız və karton istehsalı 1,1%, poliqrafiya məhsullarının istehsalı 9,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9%, hazır metal məmulatlarının istehsalı 14,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 46,6% azalıb.
 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% azalıb.
 
Bu il müəyyən  iqtisadi islahatlar aparılsa da, müsbət nəticə əldə edilməyib.
 
Cebhe.info-ya açıqlama verən iqtisadçı Akif Nəsirli görülən işlər və nəticələr haqda daha ətraflı danışıb. Onun sözlərinə görə bu rəqəmlər ölkədə iqtisadi çətinliyin davam etməsinin göstəricisidir:
 
“2015-ci ildən etibarən Azərbaycanda iqtisadi zəifləmə davam edir. Çətinliyin təsirlərini azaltmaq üçün ötən ildən başlayaraq iqtisadiyyatın tikilməsi strategiyasına start verib. Bu səmərəli strategiya olsa da, ardıcıl olaraq bir sıra addımlar da atılmalı, islahatlar davam etməli idi. İqtisadiyyatın daxili qaynaqlarının işə salınması nəzərdə tutlmalı idi ki, bunun üçün də əsas stimullaşdırıcı tədbirlərin görülməsi idi. Düzdür, müəyyən mənada bu istiqamətdə işlər görülüb. Lakin statistika göstərir ki, görülən tədbirlər səmərəli  nəticələr verməyib. Ola bilər ki, bu  tədbirlərin təsir imkanları yetərli olmayıb. Azalam varsa, deməli çətinliyin təsirləri bu gün də davam edir. 
 
Ötən illə müqayisədə neft fondunun gəlirləri hesabına büdcə xərclərinin artırıldığını deyən A.Nəsirli gözəçarpan irəliləyişin olmadığını vurğulayıb. Növbəti illə bağlı proqnozlar da bədbindir: “Düşünürəm ki, builki tendensiya gələn il də davam edəcək. Əsas dəyişiklik olmayacaq”.
 
Nigar
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений