Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkələr arasında qalan Saakaşvili: VAR-GƏL EDİR



Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynadan çıxarılıb. Ukrayna Dövlət Sərhəd Xidməti başçısının müşaviri Oleq Slobodyanın açıqlamasına görə Saakaşvili barəsində tədbir fevralın 12-də, onun “Ukrayna qanunlarını pozması səbəbilə” görülüb. Hələki Saakaşvilinin hansı ölkəyə deport edildiyi məlum deyil. Lakin o Ukraynaya Polşadan gəlmişdi. Digər bir məlumata görə Gürcüstanın sabiq prezidenti Polşaya göndərilib.

Maraqlıdır, qalmaqalllı siyasətçinin taleyi necə olacaq?

Siyasi şərhçi Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Saakaşvili üçün artıq mürəkkəb bir dövr keçib:

“O, artıq üç ölkə -Ukrayna, Polşa və Gürcüstan arasında qalan bir siyasətçidir. Elə bir təəssürat yaranır ki, heç bir ölkə onu öz ölkəsində, torpağında, ərazisində qalmağında maraqlı deyil. Çünki müəyyən mənada qalmaqallı bir siyasətçidir. 

Ədalət naminə çıxış edirsə, hər halda bir sıra siyasi dairələr başa düşür ki, onun bütün hərəkətləri, çıxışları hakimiyyətə qarşı yönəlib. Mən inanmıram ki, Gürcüstan çox istəsin ki, Saakaşvilini öz ölkəsinə göndərsinlər. Təbii ki, rəsmi Tiflis  formal olaraq deyir ki,  o, Gürcüstana qayıtmalı və öz cəzasını çəkməlidir. Amma digər tərəfdən, Gürcüstanda da başa düşürlər ki, onun nə qədər tərəfdarları var. Onun arxasında xaricdə müəyyən qüvvələr var. Əlbəttə ki, onun öz ölkəsinə, vətəninə qayıtmasına hakimiyyət dairələri o qədər də maraqlı deyil”.
 

Politoloqun sözlərinə görə, ola bilsin ki, Saakaşvili Polşada stabil şəraitdə yaşasın:

“Amma bir şərtlə ki, Polşa hakimiyyətinə qarşı çıxış etməsin. Ümumiyyətlə, düşünmürəm ki, Saakaşvili hakimiyyətə qarşı çıxışlar etsin. Hələlik bu onun vədlərindən, bəyanatlarından, çıxışlarından hiss olunur. Fikrimcə, o, Gürcüstana qayıtmaq məqsədini qarşısına qoyub. Bu məqsəd nə vaxtsa ola bilsin ki, yerinə yetirilsin. Amma buna da hələ uzun müddət vaxt lazım olacaq”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений