Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ölkəni bürüyən “qaz kabusu”: QORXUDUR



Əhali arasında mavi qazın zəhərli olması haqda ajioitaj yaranıb.Bildirilir ki, son günlər istehlakçılara satılan qazın rəngində və qoxusunda dəyişikliklər müşahidə olunur. Belə ki, qaz yandırılan zaman  ətrafa dəm qazı qoxusu yayılır ki, bu da boğazda qıcıqlanma və boğulma yaradır. Bəzən isə qazın müxtəlif rənglərlə alışdığı müşahidə olunur ki, bu da qazın normal keyfiyyətdə olmamasından xəbər verir.Təbii ki, qazın keyfiyyətinin əvvəlki vəziyyətdə olmaması və vaxtı-vaxtında yoxlanılmaması insanlar arasında narahatlığa səbəb olub.Bundan əlavə qarşıda havaların soyuması dəm qazından boğulma təhlükəsini də gündəmə gətirib.Bu problem illərdir ki, yaşanır.

Dəm qazından boğulma təhlükəsinin yaranmaması üçün zaman-zaman mütəxəssis fikirləri, tövsiyələri verilsə də, bu təhlükə ilə üz-üzə qalanların sayında azalma hiss olunmur.Son vaxtlar təbii qazın tərkibi ilə bağlı müxtəlif iddialar səslənir.Qazın keyfiyyətinin beynəlxalq standartlara cavab verilmədiyi bildirilir.Hətta keyfiyyətsiz təbii qazın dəm qazı təhlükəsi yaratdığı da söylənilir.Bu günlərdə Suraxanı rayon sakini öz mənzilində ard-arda 3 dəfə dəm qazından zəhərlənmə təhlükəsi ilə üz-üzə qalıb. Hər dəfə zəhərlənmədən yaxa qurtaran qadın “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hamamda istifadə etdikləri cihaz bir neçə dəfə usta tərəfindən yoxlanılıb. Amma cihazda hər hansı neqativ hal müşahidə olunmayıb.Ustanın bildirdiyinə görə mənzildə dəm qazının yaranmasına səbəb hazırda qazın keyfiyyətinin qənaətbəxş olmamasıdır.İlk növbədə bu qənaətə gələn şikayətçi qazı yandırdıqda alovun qırmızı işıq saçmasını da əsas gətirib.Bundan əlavə mənzildə qazdan qəribə bir qoxu da yayılır ki, bu da qazın tərkibinin əvvəlkindən fərqli olduğunu göstərir.

Azad İstehlakçılar Birliyinin mütəxəssisi Nüsrət Qasımov “Cümhuriyət” qəzetinə bildirib ki, dəm qazı yanacağın natamam yanma prosesindən əmələ gəlir:

“Bunun qazın tərkibi ilə heç bir bağlılığı yoxdur. Yəni 1 kub/metr metan qazının yanması üçün otaqda təxminən 9.5 kub/metr təmiz havanın olması vacibdir.Buna əməl olunmursa, qaz qurğusuna görə, ölçüləri kiçik olan hamama hava daxil olmadığı halda qazda natamam yanma prosesi gedir və beləliklə də dəm qazının əmələgəlmə riski yaranır.Yəni, yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir.Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.Havanı təmizləyən bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar.Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur.Karbon qazı çox təhlükəlidir.7 dəqiqədən 30 dəqiqəyə qədər uzağı öldürür.İlk növbədə insanlar öz cihazlarını yoxlatdırmalıdırlar ki, cihaz keyfiyyətli, yoxsa keyfiyyətsiz yanır.Azərbaycan qazı dünya qazından da keyfiyyətlidir. Bir neçə yerdən qaz nümunələri götürülür və yoxlanılır. Əgər qazımız beynəlxalq standartlara cavab verməsəydi, bunu deyərdilər. Zəhərlənmə əsasən tüstü bacalarında, cihazın quraşdırılma məkanlarından və digər səbəblərdən asılıdır. 99 faiz zəhələnmələr hamamda olur.  Çünki hamam qapılarının aşağı hissəsində dəliklər olmalıdır. Bu dəlik olmayanda hamama təzə hava daxil olmur. Tüstü bacaları 40 illərlə təmizlənmir. Sovet dövründə xüsusi qurumlar var idi ki, onlar vaxtı-vaxtında bu tüstü bacalarını gəlib təmizləyirdilər. Hətta sovetdən qalma cihazların işçi təzyiqi 130 millimetrdir. 130 millimetr onu təmin edə bilmir. Tüstü bacası damdan 50 metr hündür olmalıdır. Bəziləri tüstü bacasını 50, bəziləri 70, bəziləri də 100 millimetr hündürlükdə qoyur. Bu zaman tüstü bacasının gücü çatmır ki, dəm qazını çölə ötürsün. Beləliklə də içəridə qalan dəm qazı otaqlara yayılır”.

Ekspertin sözlərinə görə, yaxşı olardı ki,  istehlakçılar qaz idarələri ilə əlaqəli işləsinlər:

“Cihaz da alanda gedib onlarla məsləhətləşməlidirlər. Cihazı quraşdıran zaman icazə almırlar, harada quraşdırmaq lazım olduğunu bilmirlər və soruşmurlar. Bu təhlükə mənbəyidir, strateji obyektdir”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений