Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkənin ən varlıları Maltaya qaçır - Pul müqabilində vətəndaşlıq 



Son 3 ildə 730 Rusiya vətəndaşı Maltadan vətəndaşlıq alıb. Bunlar Rusiyada adi ad, soyad və ata adına sahib olan şəxslərdir. Ancaq bununla yanaşı siyahıda tanınmış biznesmenlərlə ad-soyad uyğunluğu olan onlarla adam da var. 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, siyahıda "Yandeks"in qurucusu Arkadi Voloj, “O1 Group” investisiya şirkətinin sahibi Boris Mins, “ICT Holding”in sahiblərindən biri Aleksandr Nesisin də adı var. Rusiya mətbuatı yazır ki, adıçəkilən hər 3 adam Rusiyanın ən varlıları siyahısına düşüb. Volojun sərvəti 1,1 milyard, Minsin sərvəti 1,3 milyard, Mesisin sərvəti isə 2,4 milyard dollardır. 

Onların Maltada “İnvestisiya müqabilində vətəndaşlıq” proqramı əsasında vətəndaşlıq aldığı bildirilir. Bu proqram ölkədə 2013-cü ildən icra edilir. Proqrama əsasən, ölkə iqtisadiyyatına 880 min avro sərmayə qoyan şəxsə vətəndaşlıq verilir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений