Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölümü dəvət edən 6 qida: Siyahıda elə şeylər var ki...



Bazarlığa getdiyimizdə gözümüz ən çox ekoloji cəhətdən təmiz, xeyirli qidalar axtarır. Amma bəzən aldığımız ərzaqların  xeyirli yox, əslində ziyanlı olmasından xəbərsiz oluruq. Çünki indiyə qədər oxuduqlarımz, eşitdiklərimizə hər gün yeni çalarlar əlavə edilir. Dünən ziyansız deyə aldığımız ərzaq bu gün ziyanlılar siyahısına salınır. Hər şey də araşdrmalardan sonra... Buna görə də mütəmadi olaraq yediyimiz ərzaqlarla bağlı elmi araşdırmalarla tanış olmaq lazımdır. Hərçənd ki, burda bir çox hallarda bazardakı “rəqabət müharibəsi” də rol oynayır.  

Mütəxəssislərin son araşdırmasına görə, insan səhhəti üçün olduqca ziyanlı olan qidaların siyahısı çox uzundur. Bu siyahıya bəlkə də heç bir zaman ağlımıza gəlməyəcək ərzaqlar daxildir. Cebhe.info mütəxəssislərin hazırladığı təhlükəli qidalar siyahısını təqdim edir.

1.Balıq konservi. Subayların, tələbələrin, bəzən hətta ailələrin də tez-tez müraciət etdiyi ərzaqdır. Amma balıq olmasına baxmayaraq, ziyanı çoxdur. Qısa müddətdə xarab olma ehtimalı isə zərərini ölüm həddinə qədər yüksəldə bilər. Mütəxəssislər balıq konservini menyuya daxil etməyi məsləhət görmür.

2. Jelibon və saqqızlı qidalar. Uşaqların "abur-cubur" siyahısında ilk yerlərdədir. Amma valideynlərə onlardan uzaq durmaq məsləhət görülür. Tərkibində kimyəvi maddələrin olması təhlükəni dəfələrlə artırır. Jelatin, sintetik dadlandırıcı, rəngləndirici insan, xüsusən də uşaqların orqanizminə ciddi ziyan vurur.

3. Qarğıdalıdan hazırlanan bəzi məhsullar. Orqanizmə olduqca xeyirli olduğunu güman etdiyimiz qarğıdalı unundan hazırlanan bəzi məhsullar qısa müddətdə tərkibindəki vitamini itirə və təhlükəli məhsula çevirilə bilər. Bu isə həm də artıq kiloların yaranması deməkdir.

4. Şokoladlı drajelər. Uşaqların vazkeçilməzidir. Amma mütəxəssislər diqqətli olmağınızı tövsiyə edir. Ləzzətli görünsələr də, zərərlidirlər. 

5. Qara zeytun. Bu barədə deyilənlər çoxlarını təəccübləndirəcək. Söhbət ondan gedir ki, qara zeytunu indiyə qədər olduqca xeyirli hesab edirdik. İndiki araşdırmalar isə göstərir ki, düşündüyümüz kimi deyilmiş. Çünki dünyada tamamilə qara rəngdə yetişən zeytun yoxdur. Buna görə də qara zeytun adı ilə aldığımız böyük ehtimalla rəngləndirməyə məruz qalıb. Başqa sözlə, yaşıl zeytunun boyanmış forması. Əgər bir az diqqətlə baxsanız, qara zeytunun parlaqlığındakı süniliyi görəcəksiniz. Buna görə də ən yaxşısı yaşıl zeytun almaqdır. 

6. Qırmızı lobya. Qırmızı lobya bişirildiyi zaman olduqca ziyanlı ərzağa çevrilir. Qaynatmadan yemək qərarına gəlsəniz, bu, orqanizminiz üçün olduqca ziyanlı olacaq.

7. Üzüm. Onun barəsində sizə bəlkə də güman etmədiyiniz sözlər deyiləcək. Üzümü olduqca xeyirli meyvələr sırasına qoyanlara qarşı əks -cəbhə yaranıb. Bir qrup mütəxəssis hesab edir ki, üzün də orqanizm üçün olduqca ziyanlıdır. Qısa zamanda çürüməyə meyilli olduğuna görə zəhərləndirmə ehtimalı yüksəkdir. Buna görə də marketlərdə uzun müddət xarab olmadan qalması üçün kimyəvi maddədən istifadə edilir. Üzümü ağacdan yığaraq yesəniz, ziyanlı olmayacaq, əks halda, xəstələnməyi gözə alın.

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений