Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

OPEC Azərbaycana heç nə qazandırmır



Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanın OPEC-ə daxil olmasının gündəlikdə olmadığını deyib. Nazir bildirib ki, Azərbaycan hazırda OPEC-lə sıx əməkdaşlıq edir və bundan çox razıdırlar: “Gələcəkdə də OPEC+ formatında əməkdaşlığa müvəffəqiyyətlə davam edəcəyik. Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir".Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo bildirmişdi ki, OPEC, Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır, bu kimi variantlar müzakirə olunur.Maraqlıdır, Azərbaycan OPEC-ə üzv olmamaqla nələri itirir?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın energetika nazirinin verdiyi açıqlama prezidentin ortaya qoyduğu siyasəti dəstəkləyir:

“Bu, ən doğru seçimdir. Azərbaycanın OPEC-lə bundan artıq əlaqəsinə ehtiyac da yoxdur.OPEC-lə gündəlik neft hasilatı yüksək olan ölkələrin əməkdaşlıq etməsi daha yaxşıdır.Doğrudur, Azərbaycan OPEC-lə əməkdaşlıq edərək bu təşkilatın dəsti-xəttini dəstəkləyən ölkə kimi öz töhfəsini verə bilər.Ancaq biz Rusiya, Səudiyyə Ərəbistanı, İran, eləcə də digər ölkələr qədər neft hasil etmirik.Məlumdur ki, OPEC-ə üzv olandan sonra ora üzvlük haqqı ödəmək, bundan əlavə digər məsələlər var ki, orda iştirakçı olmaq lazımdır.Hesab edirəm ki, Azərbaycanın əməkdaşlıq səviyyəsində OPEC-lə əlaqələri kifayət qədərdir”.

İqtisadçı OPEC-ə üzv olmaqla Azərbaycanın nəsə qazanacağını güman etmədiyini də bildirib:

“OPEC praktik olaraq neft hasilatının artırılması və azaldılması ilə, neftin qiymətlərinin tənzimlənməsinə müəyyən qədər təsir etmək iqtidarında olan bir təşkilatdır. Artıq o bu funksiyaları yerinə yetirə bilmir.Çünki neft hasilatı ilə məşğul olan böyük dövlətlər öz sözlərini elə şəkildə deyirlər ki, OPEC-in sözü keçərli olmur.Hələ 2014-cü ilin ortalarından neftin qiymətləri dünya bazarlarında kəskin şəkildə aşağı düşməyə başladığı məqamlarda OPEC dəfələrlə toplantı keçirdi.Təşkilat neft hasilatının azaldılması ilə bağlı qərar qəbul etmək istəsə də, alınmadı.Bu isə onu deməyə əsas verir ki, OPEC ciddi təsir gücünə malik olan bir təşkilat deyil.Son illərdə neft hasilatın azaldılması ilə bağlı müəyyən qərarlar qəbul edildi.Ancaq yenə də lazımi məqamlarda Birləşmiş Ştatlar kimi böyük neft hasilatçısının istəyi ortaya qoyularsa, ABŞ-ın tərəf müqabili sayılan Səudiyyə Ərəbistanı Amerikanın istəyinə uyğun hərəkət etməyəcək.Bu baxımdan OPEC-in zəif cəhətləri var. Buna görə də OPEC-ə üzv olmaq Azərbaycana heç nə verməyəcək. Rəsmi Bakı OPEC-in apardığı siyasəti dəstəkləyib neftin qiymətlərinin sabit qalmasına öz töhfəsini verə bilər. Bu töhfə də çox böyük deyil.Azərbaycan nə qazanacaq ki, üstəlik, OPEC-ə üzvlük haqqı da ödəsin?!Ən azı üzvlük haqqına görə OPEC-ə üzv olmağa ehtiyac yoxdur”.

Fikrət Yusifov hesab edir ki, OPEC Azərbaycana heç nə vermək iqtidarında deyil:

“Əgər Azərbaycan gündəlik 5-6 milyon ton neft hasil etsəydi, bu zaman söhbəti başqa cürə qoymaq olardı. Azərbaycan dünya bazarlarının gündəlik neftə olan tələbatının çox cüzi bir faizini ödəyə bilir.Ona görə də OPEC-ə üzv olmağın əhəmiyyəti yoxdur.Əgər Azərbaycan çox böyük həcmdə neft hasil etsəydi, OPEC özü üzvlükdə maraqlı olardı.Amma indiki məqamda OPEC-in də elə bir marağı yoxdur.Azərbaycanın neft hasilatını bir gündə 40-50 min barel artması və yaxud azalması, dünya bazarlarına heç nə vermir.Yəni, təsir gücü çox cüzidir.Bu baxımdan OPEC də Azərbaycanın üzv olmasında maraqlı deyil”.

Yeganə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений