Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oqtay Əsədov Türkmənistan parlamentində



Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistan Məclisində (parlamentdə) danışıqlar aparıb.

Report xəbər verir ki, görüş zamanı tərəflər iki dövlətin prioritet istiqamətləri və parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər bildiriblər ki, qardaş xalqların çoxəsrlik mehriban qonşuluq ənənələri, oxşar tarixi və mənəvi irsi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın fəallaşmasına kömək edir.

Azərbaycan parlamentinin rəhbəri Türkmənistan Məclisinin əsas funksiyaları və vəzifələri, onun tərkibi və fəaliyyət istiqamətləri ilə tanış olub.

Qeyd edək ki, O.Əsədov Aşqabada V Asiya Oyunlarının açılışında iştirak etmək üçün gedib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений