Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Öskürərək ölən qadınla bağlı iddialara xəstəxanadan CAVAB



Xəbər verdiyimiz kimi, Göyçay rayonu, Bığır kənd sakini Seyidov Ağasəf Babaş oğlu Cebhe.info-ya ünvanladığı şikayətdə həyat yoldaşı Seyidova Mehriban Sabir qızının səriştəsiz və savadsız həkimlərin səhv müalicəsi nəticəsində fevralın 7-də dünyasını dəyişdiyini bildirmişdir.

Sitat: “Xəstəxanaya müraciət etdikdən sonra müalicə kursu keçməyə başladı. 20 gün müalicə aldı. Onun səhhəti iki gün öncə həkimin səhv müalicəsi nəticəsində ağırlaşdığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində süni nəfəs aparatına qoşuldu. Həyat yoldaşım xüsusi ambulansla Bakı şəhərinə, xəstəxanaya çatdırılmalı idi. Lakin onu Bakıya aparmadılar. Gözləyirdilər ki, həyat yoldaşım dünyasını dəyişsin. Bu baş həkim Elçin Bilalovun əməlidir. Həyat yoldaşımın ürəyi exo müayinə edilməli idi. Yenə də qeyd edim ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasına məxsus olan exo müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus "Bioloji Təbabət" klinikasına aparıb, orada pullu xidmətə vermişdir”. 

O, həmçinin iddia edirdi ki, baş həkim yeyinti ilə məşğul olur. Şikayətçinin sözlərinə görə, xəstəxanada olan qiymətli təzə müayinə aparatları Elçin Bilalov tərəfindən özünə məxsus "Bioloji Təbabət" kilinikasına aparılıb orada pullu xidmətə verilib. 
 
Xəstənin müalicə həkimi "təcili yardım"da işləyən İlqar Mustafayev olub.

Bu gün adıçəkilən xəstəxana ilə əlaqə saxladıq. Baş həkimin müavini Cebhe.info-ya açıqlamasında bildirib ki, xəstə ayın 7-də xəstəxanada qeydiyyata düşüb, elə həmin gün axşam saatlarında da dünyasını dəyişib: 

“Xəstə ayın 7-də günorta saatlarında, 14:30-da daxil olub. Həmin gün 22:00-da da dünyasını dəyişib. Xəstənin stansionar xidmətdəki qeydiyyatı belədir. Göyçayda 200-ə yaxın həkim var, hansınasa ambulator müraciət edib, etməyib, bunu deyə bilmərəm. Ölümünün səbəbini müalicə həkimi deyə bilər”.

Hələ ki, baş verən hadisə ilə əlaqədar olaraq adıçəkilən baş həkimin münasibətini öyrənə bilməmişik.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений